“Azərkosmos” ötən il xidmət ixracını 12% artırıb – RƏQƏMLƏR

0

2018-ci ildə “Azərkosmos” ASC 24 ölkəyə 25,6 mln. ABŞ dolları dəyərində telekommunikasiya və optik peyk xidmətləri göstərib.

Banker.az Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadla məlumat verir ki, təkcə ötən ilin dekabr ayında isə dövlət şirkəti 16 ölkəyə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib.

Şirkət ötən il xidmət ixracını 12% artırıb.

“Azərkosmos”un xidmətini ixracı etdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləri olub.