10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Azərkosmos”da yeni təyinat

Son üç həftədə vakant qalan “Azərkosmos” ASC –nin Marketinq departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.

Banker.az xəbər verir ki, Yuliya Jurenkova 2021-ci ilin mart ayından etibarən “Azərkosmos” ASC-nin Marketinq departamentinin direktoru vəzifəsində təyin edilib.

Qeyd edək ki, bu vəzifədə 2020-ci ilin fevralından 2021-ci ilin martına qədər Aysel Soltanova idi. A.Soltanova mart ayında “Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) baş dirktoruna müavin gedib.

Yuliya Jurenkova 2020-2021-ci illərdə “Azərkosmos”un Marketinq departamentinin Marketinq kommunikasiyaları üzrə menecer vəzifəsində işləyib. 2018-2019-cu illərdə “Publicis Groupe” şirkətinə aid olan “Starcom Media Group” şirkətində media üzrə Strateji direktor, 2013-2017-ci illərdə “Starcom Media Group” şirkətinin Strateji Planlama şöbəsində kommunikasiya üzrə baş menecer vəzifələrind ə işləyib. Əmək fəaliyyətinə 2011-ci ildə “One2One” marketinq agentliyində Müştəri xidmətləri üzrə menecer vəzifəsində başlayıb. Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft-mədən fakültəsinin mühəndislik ixtisasını fərqlənmə ilə bitirib.

Son xəbərlər
Oxşar xəbərlər