33 C
Baku
Saturday, July 20, 2024

“Azərkosmos”un ixrac gəlirləri 44% azalıb

2022-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 36 ölkəsinə 17,2 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44.1% azdır.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına istinadən xəbər verir.

Bu ilin təkcə avqust ayında isə “Azərkosmos” dünyanın 33 ölkəsinə 2.1 mln. dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4.4 mln. dollar ilə Birləşmiş Krallıq, 3.5 mln. dolları ilə Fransa, 2.9 mln. dollar ilə Lüksemburq, 1.6 mln. dollar ilə BƏƏ və 956.7 min dollar ilə Pakistan qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər