24 C
Baku
Sunday, October 6, 2024

“Azərkosmos”un ixracdan gəlirləri 25%-dən çox azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 46 ölkəsinə 14,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 45 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Banker.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,1 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ,  815 min ABŞ dolları ilə Almaniya və 572 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 36 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Belə ki, “Azərkosmos”un gəliri 19.3 milyon dollardan 14.4 milyon dollara düşüb. (4.9 milyon dollar və ya 25.4% azalma)

Son xəbərlər
Digər xəbərlər