19 C
Baku
Bazar, Sentyabr 26, 2021

“Azərmarka”nın “Azərpoçt”a birləşdirilməsinin səbəbi açıqlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC-nin nazirliyin digər şirkəti “Azərpoçt” MMC-yə birləşdirilməsinin səbəbi açıqlanıb.

Bu barədə nazirlikdən bildirilib.

“Birləşmə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir. Bu dəyişiklik nazirliyin strukturuna daxil olan və olmayan bəzi qurumların fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunması məqsədi daşıyır. Birləşmə idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, xərclərə qənaətə imkan yaradacaq.

Dünya təcrübəsinə nəzər salsaq, əksər ölkələrdə Dövlət Poçt Ödəniş Nişanlarının nəşri və dövriyyəyə buraxılması üzrə fəaliyyəti milli poçt operatoru həyata keçirir. Azərbaycanda milli poçt operatoru rolunda “Azərpoçt” çıxış edir”, – deyə nazirlik bəyan edib

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər