26 C
Baku
Saturday, July 27, 2024

“Azərpambıq”ın ixracdan gəlirləri 3 dəfə artdı

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC bu ilin yanvar-aprel aylarında 34.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.8 milyon ABŞ dolları və ya 3.2 dəfə çoxdur.

2020-ci ilin yanvar-aprel aylarında isə “Azərpambıq” MMC 10.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər