13 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Azərpoçt” bəzi maliyyə xidmətlərinin tariflərində dəyişiklik edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 1 dekabr 2021-ci tarixindən etibarən bəzi maliyyə xidmətlərində dəyişiklik edib.

MMC-dən verilən məlumata görə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə müvafiq olaraq “Universal poçt rabitəsi xidmətləri” istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Yeni qərara əsasən artıq poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz həyata keçirilir. Eyni zamanda ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi aşağı endirilərək 1% təşkil edib və qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.

Qeyd edək ki, “Azərpoçt”un tabeliyində olan poçt məntəqələrində cari hesabın açılması ilə yanaşı, hesab üzrə qalıq və hesab üzrə dövriyyə barədə elektron çıxarış pulsuzdur.

Son xəbərlər
Oxşar xəbərlər