24 C
Baku
Sunday, August 14, 2022

“Azərpoçt” bayram günlərində işləyəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

Banker.az “Azərpoçt”a istinadən xəbər verir ki, 6, 7, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək.

  • Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00
  • 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00
  • 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00
  • 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00
  • 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00
  • Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək

Son xəbərlər
Oxşar xəbərlər