19 C
Baku
Saturday, May 25, 2024

“Azərpoçt” “Debit MasterCard Contactless” funksiyalı kartları buraxmağa başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC real rejimdə “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına start verib.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, təmassız əməliyyatları dəstəkləyən bu kartlar vasitəsilə ölkədaxili əməliyyatlar həyata keçirilir. Belə ki, müştəri ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PIN kodu yığmadan, sadəcə terminala yaxınlaşdırmaqla məsafədən ödəniş edə bilir. Növbəti mərhələdə “Platinum”, “Gold” və “Standard” kartların yeni dizaynda və “contactless” funksiyası ilə emissiyası nəzərdə tutulur.

Kartı əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənədlə “Azərpoçt”un Müştəri xidmətləri şöbəsinə müraciət etmək lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər