5 C
Baku
Wednesday, February 21, 2024

“Azərpoçt” “Khazar SD” markalı avtomobillər alacaq

«Azərpoçt» MMC “Azərmaş” zavodunda istehsal edilən “Khazar SD” markalı avtomobillər alacaq.

Banker.az-a verilən məlumata görə, “Azərpoçt” bu avtomobillərə görə 132 min manat ödəyəcək.

Artıq tərəflər arasında müvafiq müqavilə bağlanıb.

2018-ci il martın sonunda “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir.

İlkin mərhələdə müəssisənin yaradılmasına sərmayə qoyuluşları $15 mln. təşkil edib.

Zavodda “Khazar SD”, “Khazar LD”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur və olunacaq. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur. İldə 2 min ədədə yaxın avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

Bu il ayda 160 ədəd avtomobil istehsal olunur. Onların 60 ədədi “Khazar LD”, 100 ədədi isə “Khazar SD” markalı avtomobillərdir. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq.

“Khazar SD” markalı avtomobilin qiyməti 16 min manat, “Khazar LD” markalı avtomobilin qiyməti isə 18 min manatdır.*

Son xəbərlər
Digər xəbərlər