19 C
Baku
Sunday, May 19, 2024

“Azərpoçt” Qarabağda fəaliyyətə başlayacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində fəaliyyətə başlamağa hazırlaşır.

Banker.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Emil Əfəndiyev məlumat verib.

“Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində “Azərpoçt” ölkə ərazisində tam poçt mübadiləsi həyata keçirə bilmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. Həmin ərazilərdə yaxın zamanda yeni poçt məntəqələri fəaliyyətə başlayacaq”, – o qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər