17 C
Baku
Şənbə, May 28, 2022

“Azərşəkər”ə yenidən ‘maya’ qoyub

Qida bazarında yeni mövqe qazanan “Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılır.

Banker.az xəbər verir ki, “Azərşəkər” MMC-nin nizamnamə kapitalı 46 200 000 manatdan 50 800 000 manata qədər artırılıb.

Bu da 4 600 000 manat, yaxud 10% artım dinamikasıdır.

2021-ci ilin yanvarında bu şirkətin nizamnamə kapitalı 900 000 manat (2.75%) artırılmaqla  33 600 000 manata, martında isə 8 550 000 manat (25.4%) artırılmaqla 42 150 000 manata, avqustunda 1 800 000 manat (4.27%) artırılmaqla 43 950 000 manata, oktyabrında 2 250 000 manat (5%)  artırılmaqla 46 200 000 manata çatdırılmışdır.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.

Ölkədə yerli arpa istehsal edərək böyük pivə istehsalçılarına ötürəcək.

Məsələn, “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaraq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb. Bu 2021-ci ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2.5 milyon manat investisiya yatırılıb. 2022-ci ildən başlayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.

Son xəbərlər
Oxşar xəbərlər