4 C
Baku
Wednesday, February 28, 2024

“Azərşəkər” İngiltərə şirkəti ilə əməkdaşlığa başlayır

“Azərşəkər” MMC ilə İngiltərənin “Genus ABS Global” şirkəti ölkəmizdə heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsi sahəsində birgə əməkdaşlıq edəcək.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Azərşəkər” MMC ilə “Genus ABS Global” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan bildirilib ki, memorandumun məqsədi ölkəmizdə heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, xüsusilə də rəqabətqabiliyyətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır.

Sənədi “Genus ABS Global” şirkətinin region üzrə direktoru Mark Smit və “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev imzalayıblar.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər