26 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Azərsığorta”nın İdarə Heyətinə yeni üzv seçildi – TƏYİNATLAR

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) İdarə Heyətinin yeni üzvi seçilib.

Banker.az bu barədə əldə etdiyi məlumatda deyilir.

Əsgərov Nail Əli oğlu İdarə Heyətinə müvəqqəti üzv seçilib.

Digər məlumat isə Hüseynov Ruslan Zahid oğlunun Təftiş Komissiyasının üzvlüyü təsdiqlənib.

Qeyd edək ki, bundan öncə Vüqar Yaşar oğlu Babakişiyevin “Azərsığorta”nın İdarə Heyətindən ayrılması ilə bağlı Banker.az redaksiyası məlumat yaymışdı.

Xatırladaq ki, Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.

Dövlət sığortaçısı bu ilin yanvar-mart aylarında təxminən 38 milyon manat sığorta haqqı toplayıb, 28 milyon manat sığorta ödəniş edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7% və 7 dəfə çoxdur. Ödənişlərin kəskin artması ötənilki Vətən Müharibəsi ilə əlaqədar hərbi qulluqçulara verilən sığorta ödənişlərinin kəskin artmasıdır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər