27 C
Baku
Saturday, July 27, 2024

“Azərsu” 2 milyon manat həcmində müqavilə bağlayıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su sərfölçən cihazların quraşdırılmasına lazım olan mal və materialların satınalınması üzrə  ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Banker.az dövlət satınalmaları elektron portalına istinadədən xəbər verir ki, Azərsu “Universal Pro” MMC ilə müqavilə imzalayıb.

Bildirilib ki, Şirkət tərəfindən müqavilə üzrə satınalmanın təmin edilməsinə görə 2 milyon 80 min 610 manat sərf olunacaq.

Qeyd edək ki, “Universal Pro” MMC 1998-ci ildən fəaliyyət göstərən, inşaat bazarı və neft-qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olan şirkətdir.

Son xəbərlər
Digər xəbərlər