12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

“Azərsu” BP şirkəti ilə Anlaşma Memorandumu imzaladı

“Azərsu” ASC işçilərinin peşəkarlığının artırılması, bilik və bacarıqlarının yüksəldilməsi üçün “BP Eksploreyşn Limited” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, sənədi “Azərsu”yun sədr müavini Köçərli Həsənov və BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum “Azərsu”yun Təlim və İnnovasiyalar Mərkəzinin kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq çərçivəsini müəyyənləşdirir.

“Azərsu”da kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhəri, Hövsan qəsəbəsinin yaxınlığında yerləşən Hövsan Aerasiya Stansiyasının ərazisində sahəsi 5 000 kvadratmetr olan 3 mərtəbəli binada Təlim və İnnovasiyalar Mərkəzi yaradılıb və burada eyni anda 300 nəfərədək işçiyə təlim keçmək imkanları mövcuddur. Mərkəzdə nəzəri sinif və startap otaqları, SƏTƏM, SCADA, energetika, mexanika, avtomatika, metrologiya və nəzarət ölçü cihazları kabinetləri, suyun analizi, tədrisin inkişafı laborotoriyaları yaradılıb. Regionlardan təlimə cəlb olunacaq işçilərin rahatlığını təmin etmək üçün Mərkəzdə yataqxana da yaradılıb. Mərkəzin ərazisində Təcrübə Poliqonu tikilərək istifadəyə verilib və təlimə cəlb olunan işçilərlə təcrübə məşğələləri burada aparılır.

Son xəbərlər
Oxşar xəbərlər
X