25 C
Baku
Friday, April 19, 2024

“Azərsu” sədri: “Bizim Babək prospektində heç bir işimiz qalmayıb”

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Babək prospektində kanalizasiya xətlərinin çəkiləcəyi ilə bağlı xəbərə münasibət bildirib. 

Sədr yayılmış informasiyanın tamamilə səhv olduğunu və texniki xəta səbəbindən baş verdiyini bildirib:

“Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı məlumat tam yanlışdır. Prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə saytda (etender.gov.az saytını nəzərdə tutur – Red)  yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Yanlış məlumatdır. Saytda tarix səhv qeyd olunub”.

Xəbər verdiyimiz kimi, Elektron satınalmalar portalındakı məlumata görə, 30 Oktyabr 2019-cu il tarixində “Azərsu” ASC “Protean Construction” MMC ilə müqavilə bağlaylb. 1 milyon 480,5 min manat dəyərində müqavilə “Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi”ni nəzərdə tutur.

Müqavilənin bağlanması barədə məlumat yenidən Babək prospektinin qazılacağı və nəqliyyat vasitələrinin hərəkətinə məhdudlaşdırılacağı barədə versiyanın ortaya çıxmasına səbəb olmuşdu.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər