29 C
Baku
Tuesday, July 23, 2024

“Azərsu”: “Suyun qrafiklə verilməsi müvəqqətidir”

“Bakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır və mövcud vəziyyətlə bağlıdır”.

Bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib.

“Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Kürdən Bakıya gündəlik 900 litr su gəlir. Biz digər mənbələr hesabına – Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik.

Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçirilir. Bu, fəaliyyətə deyil, təbiətə bağlı məsələdir”.

E.Məmmədov bildirib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər.

Son xəbərlər
Digər xəbərlər