28 C
Baku
Saturday, July 27, 2024

“Azərsun Holding” 73 min manat kapital ilə yeni əmlak şirkəti yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Azersun Property Development Company” MMC-ni qeydiyyata alıb.

Banker.az xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 72727 manatdır və qanuni təmsilçisi Səidə Bayramova Zeynal qızıdır.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 132-dir.

Onu da qeyd edək ki, Səidə Bayramova “Azərbaycan Sənaye Bankı” ASC-nin əsas səhmdarı olan “Anadolu İnvestment Kompani” MMC-nin Baş direktoru, Beynəlxalq Bankda isə 2018-ci ilə qədər Müşahidə Şurası üzvü kimi çalışıb.

Son xəbərlər
Digər xəbərlər