21 C
Baku
Friday, July 1, 2022

“Azərsun Holding” Bakı və Sumqayıt fabrikinə işçilər axtarır

VAKANSİYA 1: IT Mütəxəssisi

İş haqqında məlumat

• Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
• Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
• İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
• Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
• Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
• PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
• Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

Tələblər

• Microsoft Windows XP, Vista, 7, 8 əməliyyat sistemlərini bilməli;
• Ehtiyaca görə şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar);
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• CCNA, Microsoft OS sertifikatları arzu olunandır;
• Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
• Server əməliyyat sistemlərindən anlayışı olmalı;
• Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
• Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);
• Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi);
• Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı;
• İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
• Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli;
• Mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilməlidir.

İş şərtləri: Həftə içi 5 gün, saat 09.00-18.00

Növbəli iş qrafiki
Çalışma Yeri: Bakı Yağ Fabriki  (Sumqayıt şəh.)


VAKANSİYA 2: Avtomatika Mühəndisi

İş haqqında məlumat

• Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək;
• PLC quraşdırılması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək;
• Istehsada olan funksional maşınların PLC proqramlanmasının təmin edilməsi;
• Istehsada olan funksional maşınların HMI sistemləriniə nəzarət;
• Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi;
• Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək;
• Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
• Bütün tip kontrollerlərin yoxlanması üçün test sistemlərini hazırlatmaq;
• Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək;
• Yeni xətlər, təchizatları və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək;
• Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək;
• Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitabların hazırladılmasını təmin etmək;
• Proses nəzarət parametrlərin SCADA sistemlərinə qoşulmasını təmin etmək;
• İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmek;
• Texnoloji proseslərə uyğun lokal P&ID diaqramlarının qurulmasını təmin etmək;

Tələblər

• Ali texniki təhsilli olmalı;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Rus və ingilis dili bilikləri arzu olunandır;
• Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
• PLC və SCADA arasında əlaqə qura bilməli.

İş şərtləri

Növbəli iş qrafiki
Çalışma Yeri: Bakı Yağ Fabriki  (Sumqayıt şəh.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Son xəbərlər
Oxşar xəbərlər