28 C
Baku
Thursday, July 25, 2024

“Azərsun Holding” yanğınla bağlı məlumat yayıb

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumat şirkətin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Qeyd olunub ki, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb.

Ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcəkdir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər