25 C
Baku
Friday, July 19, 2024

“Azərsun Holdinq”ə daxil olan şirkətin kapitalı 3 milyon manata yaxın azaldılıb

“Bakı Qida və Yağ Fabriki” MMC-nin nizamnamə kapitalı 2 milyon 529 min 564 manat azaldılır.

Banker.az-ın məlumatına görə, “Bakı Qida və Yağ Fabriki” MMC nizamnamə kapitalının 8 440 723.65 manatdan 5 911 159.91 manatadək azaldığını elan edir.

Kreditorlar bir ay ərzində öz tələblərini AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, 92 “A” ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” “Azərsun Holdinq” şirkətlər qrupuna daxildir. “Bakı Yağ Fabriki” “Teksun”, “Final”, “Super Sun”, “Paşa”, “Aysun” yağlarını istehsal edir.

Son xəbərlər
Digər xəbərlər