“Azərsun Holdinq”ə məxsus iki şirkət birləşir.
Banker.az-ın məlumatına görə, “Qafqaz Ticarət” MMC iştirakçıların ümumi yığıncağının qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 2084-cü məhəllə (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 350A) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Qafqaz Ticarət” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 12 500 000 manatdır və qanuni təmsilçisi Yusuf Kandemirdir.
“Sun Food” MMC isə 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 110 000 020 manatdır və qanuni təmsilçisi İrfan Yılmazdır.