28 C
Baku
Saturday, July 27, 2024

“Azərsun Holdinq”in iri zavoduna türkiyəli mütəxəssis rəhbər təyin edilib

“Azərsun Holdinq” MMC-nin süd emalı zavodunun direktoru dəyişib və zavoda rəhbərlik türkiyəli mütəxəssisə həvalə edilir.

Banker.az xəbər verir ki, Bayram Maviş “Kürdəmir Süd Emalı Zavodu” MMC-nin rəhbəri təyin edilib. O, bu vəzifədə Nəbi Paşayev İsmayıl oğlunu əvəz edib.

Bayram Maviş Türkiyədə çalışıb. Ölkənin Kənd Təsərrüfatı Və Meşəçilik Nazirliyində şöbə rəhbəri kimi çalışıb.

“Kürdəmir Süd Emalı Zavodu” MMC 2010-cu ildə “Azərsun Holdinq” MMC tərəfindən təsis edilib. Şirkətin nizamnamə kapitalı 15 milyon manatdır.

Zavod “AzərSüd” brendi altında qatıq, pasterizə edilmiş süd, sterilizə edilmiş təbii süd, ayran, nanəli ayran, qatılaşdırılmış şəkərli süd, bişmiş qatılaşdırılmış şəkərli süd, ağ pendir, ərgin pendir, kərə yağı istehsal edir.

Son xəbərlər
Digər xəbərlər