3 C
Baku
Cümə, Yanvar 21, 2022

“Azərsun Holdinq”in zavodu zərərdə

“Azərsun Holdinq”in müəssisəsi “Qazax Konserv Zavodu” ASC ötən ili 429 min manat zərər ilə tamamlayıb.

Banker.az bu barədə səhmdar cəmiyyətin 2020-ci il üzrə maliyyə hesabatına istinadla bildirir.

Bununla da zavodun balansındakı 138 min manat bölüşdürülməmiş mənfəət, 291 min manat yığılmış zərərlə əvəzlənib.

Ötən il “Qazax Konserv Zavodu”nun əməliyyat gəliri 1.43 milyon manat (illik müqayisədə: – 27.5%), satışın maya dəyərindən zərəri 1.07 milyon manat (-3.5 %), digər əməliyyat gəliri 126 min manat (+5.2 dəfə), kommersiya xərcləri 177 min manat (-60.8%), inzibati xərclər 277 min manat, vergi xərcləri 30 min manat, maliyyə xərcləri 105 min manat (-31.8%), amortizasiya xərcləri 324 min manat (+9.1%) təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər