26 C
Baku
Saturday, July 27, 2024

“Azərsu”nun 2 milyonluq tenderini vergi borcu olan şirkət uddu

“Azərsu” ASC “Hinal Group” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Cəmiyyətin balansında olan subartezian quyularında istismar üçün nasos aqreqatlarının satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 094 349 manatdır.

Qeyd edək ki, “Hinal Group” MMC 2021-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Əhliman Əliyevdir. Şirkətin dövlətə 1443 manat vergi borcu var.

Son xəbərlər
Digər xəbərlər