16 C
Baku
Thursday, April 18, 2024

“Azərsu”nun rəhbərliyinə əməkhaqqı ödənişləri 20% artıb

Dövlət şirkəti “Azərsu” ASC-nin baş rəhbərliyinə 2022-ci ildə 523 min manat əməkhaqqı və mükafatlar ödənilib.

Bu barədə Banker.az dövlət şirkətinin illik audit hesabatına istinad edir. Audit hesabatını “SR Audit & Services” audit şirkəti aparıb.

Bu da illik müqayisədə 86 min manat və ya 20% çoxdur.

Dövlət şirkətinin baş rəhbərliyi deyildikdə İdarə Heyətinin 5 üzvü nəzərdə tutulur. İdarə Heyəti birinci müavin və 4 müavindən ibarətdir. Qurum sədrsizdir.

Belə ki, 16 fevral 2011-ci ildə İdarə Heyətinin sədri təyin edilən Qorxmaz Hüseynov Azərbaycan Prezidentinin 4 may 2021-ci il sərəncamı ilə vəzifəsindən azad edilmişdi.

Sədri birinci müavin Teyyub Cabbarov əvəz edir. Digər müavinlər Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov və İlqar Tağıyevdir.

Sədr vəzifədə olduğu müddətdə İdarə Heyətinə ödənilən əməkhaqqı belə idi:

  • 2019: 390 min manat,
  • 2020: 390 min manat,
  • 2021: 437 min manat.

Xatırladaq ki, 2022-ci ili dövlət şirkəti 180.51 mln. manat zərər edib və ilin sonuna yığılmış zərərin həcmi 8 mlrd. manatı ötüb.

Son xəbərlər
Digər xəbərlər