17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“Azərsu”yun işçisinə cinayət işi açıldı

Screen Shot 2021 09 02 at 14.34.20

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktına dair “Azərsu” ASC-dən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə qeyd edilən əraziyə baxış keçirilərək araşdırma aparılmışdır.

Banker.az xəbər verir ki, bu barədə Baş Prokurorluqn məlumat verilib.

Aparılmış araşdırmalarla qeyd edilən ərazidə yerləşən 10 ədəd yaşayış evinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Bakıelektrikşəbəkə”yə məxsus 35kV-luq yarımstansiyanın önünüdə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları və bunu qanuniləşdirmək məqsədilə hər biri 268 manat olmaqla ümumilikdə 2 min 680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılmışdır.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər