Bu ilin yanvar-may aylarında Azərbaycandan Avropaya 4,5 mlrd. kubmetr qaz ixrac edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə Türkiyəyə 3,6 milyard kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac edilib.
“Bu dövrdə BTC boru kəməri sisteminə 45 mln. kubmetr qaz verilib. Bu müddətdə Türkiyəyə TANAP-la 2,4 mlrd. kubmetrə yaxın qaz nəql olunub”, – məlumatda deyilir.
Qeyd edək ki, hesabat dövründə xaricə qaz satışı 9,4 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.