Bildiyimiz kimi, “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Əliyev Azər Allahverdi oğlu vəzifəsindən ayrılıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
O, bundan sonra DOST Agentliyində sədrin müşaviri vəzifəsində çalışacaq.
Xatırladaq ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra etmişdir.