“Bu gün — 15 iyun tarixində beş illik fasilədən sonra Bakı-Qazax marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən fəaliyyətə başlayıb”.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, əvvəllər Bakıdan Qazaxa qatar səkkiz saat yarıma gedirdi, hazırda istifadədə olan qatarla bu məsafə beş saat yarım müddətə qət ediləcək:
“Sərnişinlər İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir qatarlarda səyahət edəcəklər”.
A. Fərəcov bildirib ki, Qazax stansiyasının istifadəyə verilməsi Ağstafa-Qazax avtomobil yolunun əsaslı təmiri və bərpasından sonra mümkün olub, Qazax stansiyası təmir edilib.