Azərbaycanda xəmir mayası istehsal edən “Azər Maya” ötən ili gəlirlərinin kəskin artırılması ilə xalis mənfəəti 2021-ci ildə 92.5 min manat olduğu halda, 2022-ci ildə bu rəqəm 440.07 min manat həcminə yüksəlib.
Banker.az bu barədə “Azər Maya İstehsal” QSC-nin illik maliyyə hesabatına istinadla xəbər verir.
2022-ci ildə əsas əməliyyat gəlirlərinini illik müqayisədə 2.3 dəfə artırmaqla 5 mln. 942.4 min manata yüksəldib. Satışın maya dəyəri də artaraq 5 mln. 544.4 min manat olub ki, bu da 570.9 min manat əməliyyat mənfəətdiri.
“Azər Maya” 1997-ci ildə Bakı Bulka-Maya zavodunun bazasında, özəlləşdirilməklə yaradılıb. Zavod hazırda istehsal etdiyi xəmir mayası ilə Azərbaycanın tələbatını tam ödəməklə yanaşı, qonşu dövlət olan Gürcüstana da ixrac edir.