30 C
Baku
Thursday, August 14, 2025

“Azər Maya” xəmir mayasından ₼7.2 milyon gəlir götürüb, mənfəəti 51% artıb

Xəmir mayası istehsalçısı “Azər Maya İstehsal” QSC 2024-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2023-cü ili 407 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Azər Maya İstehsal”ın xalis mənfəəti 51.4% artıb.

Banker.az xəbər verir ki, 2023-cü ildə şirkətin əsas əməliyyat gəlirləri (satış) 6 milyon 857 min 259 manat ikən, 2024-cü ildə 7 milyon 198 min manata yüksəlib (5% artıb).

31 dekabr 2024-cü il tarixində “Azər Maya İstehsal” QSC 8 milyon 120 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 8 milyon 674 min manat cəmi aktivlərə malik idi.

Xatırladaq ki, 1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər Maya” yaradılmışdır. Müəssisənin ümumi sahəsi 22600 m², istehsalat korpusunun ümumi sahəsi isə 3672 m² təşkil edir. İstehsalatın lazımi enerji, qaz və su təchizatı, həmçinin 1950 metrlik dəmiryol qolu vardır.

Son xəbərlər
Digər xəbərlər