13 C
Baku
Friday, November 1, 2024

“Azər-Maya”ya yeni rəhbər təyin edilib

Azərbaycanda preslənmiş sərt xəmir maya istehsalçısı “Azər-Maya” ASC-nin idarə olunması yeni şəxsə tapşırılır. Banker.az-ın xəbərinə görə, ölkənin ən böyük holdinqi “Gilan Holdinq”in Biznes portfellərindən birində müdir müavini olmuş Rüfət Əhədağa oğlu Məmmədov “Azər-Maya”nın İdarə Heyətinə sədr (CEO) təyin edilib.

Buna qədər isə “Azər-Maya”nın İdarə Heyətinin sədri Etibar Hidayət oğlu Babayev idi.

R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montre Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.

O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti “Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib.  İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.

Üç il sonra (2015 – sentyabr) “Gilan Holdinq”-ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrna qədər isə həmin holdinqdə biznes portfellərinin birində müdir müavini kimi çalışıb.

“Azər-Maya” Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi,Dağlıq küçəsi, 3105-ci məhəllədə fəaliyyət göstərir.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər – Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır. Hazırda ASC-nin direktoru Şahbazov Azər Firudin oğludur.

“Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

Son xəbərlər
Digər xəbərlər