15 C
Baku
Sunday, May 5, 2024

“Azər Türk Bank” əmanətlərin müddətini və faizini artırıb

Dövlət bankı “Azər Türk Bank” mövcud tələbatı nəzərə alaraq müştərilərinə əmanətlər üzrə yeni məhsul təqdim edir.

 

Artıq Bankda 36 ay müddətinə yüksək faizlə depozit yerləşdirmək mümkündür. Beləliklə, bank “Klassik” əmanəti adı altında müştərilərinə 6 aydan başlayaraq, 3 il müddətinə qədər əmanət yerləşdirmək imkanı yaradır.

 

Yeni məhsul olan 36 aylıq əmanətə görə müştəri faizlər aylıq ödənildikdə, illik 9,5%, müddətin sonunda ödənildikdə isə illik 10% gəlir əldə edir. Qeyd edək ki, bu müddətə cəlb edilən əmanətlər, minimal məbləğ 500 AZN olmaqla, yalnız milli valyutada qəbul edilir. Digər müddətli əmanətlər isə manat, avro və ABŞ dollarında qəbul olunur.

 

“Klassik” əmanəti üzrə müştəriyə şəxsi istifadə, aylıq depozit faizlərinin əldə edilməsi və ya kredit xəttindən faydalanmaq üçün üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edilir.

 

“Azər Türk Bank”da yerləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

 

“Klassik” əmanəti haqqında daha ətraflı məlumatı http://azerturkbank.az/deposits/classic/info/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər