12 C
Baku
Sunday, May 19, 2024

“Azər Türk Bank” 2020-ci ildə böyüyüb, mənfəətdədir

“Azər Türk Bank” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 423 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 603 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir

QEYRİ-FAİZ XƏRCLƏRİ AZALIB

2020-ci ildə “Azər Türk Bank”ın faiz gəlirləri 21 136 min manat (3.4% az), qeyri-faiz gəlirləri 9 891 min manat (4% az), faiz xərcləri 6 378 min manat (31.5% çox), qeyri-faiz xərcləri 23 816 min (4% az) manat olub.

BANK BÖYÜYÜB

2020-ci il tarixində “Azər Türk Bank”  359 207 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 3.3% artması deməkdir. Bunun 167 359 min manatı müştərilərə verilmiş kreditlərdir. 2019-cu ildə isə bu göstərici 186 513 min manat idi.

DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ PORTFELİ ARTIB

“Azər Türk Bank”ın biznes kreditləri portfeli 61 810 min manatdan  38 833 min manata, istehlak kreditləri 55 576 min manatdan 42 243 min manata düşüb, daşınmaz əmlak kreditləri isə 69 127 min manatdan 86 284 min manata çatıb.

FİZİKİ ŞƏXSLƏRİN VƏSAİTLƏRİ ARTIB

2020-ci ildə bankın cəmi öhdəlikləri 303 296 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 4% artmasıdır. Bankın depozit portfeli isə 179 940 min manat təşkil edib ki, bunun 80 792 min manatı (2019-cu ildə 72 135 min manat) fiziki şəxslərin depozitləri, 99 148min manatı isə hüquqi şəxslərin depozitləri olub.

KAPİTALI ARTIB

Ötən il “Azər Türk Bank” 55 911 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 55 600 min manat kapitala malik idi. Belə ki, “Azər Türk Bank”ın kapitalı 0.6% artıb.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

51 52 53
Son xəbərlər
 ⁠
Digər xəbərlər