®Dövlət bankı Azər Türk Bank biznes subyektlərinə istər xarici, istərsə də ölkədaxili ticarət və xidmət əməliyyatlarının həyata keçirilməsində ödənişlərlə bağlı risklərin minimallaşdırılması, hesablaşmaların güvənliliyinin artırılması üçün əlverişli şərtlərlə müxtəlif növ akkreditiv və bank qarantiyaları təklif edir.
Korporativ müştərilər Azər Türk Bankın istifadə etdiyi “Stand by”, “Revolver”, “Back-to-back”, “Geri çağırıla bilən”, “Köçürülə bilən” və digər akkreditiv növlərindən faydalana bilərlər.
Bank, həmçinin, “Tender”, “İcra”, “Avans”, “Gömrük” ”, “Ödəniş” və sair qarantiya məhsullarını müştərilərinə uyğun tariflər və sərfəli faiz dərəcələri ilə təklif edir.
Bütün bu məhsullar tez, rahat və əlverişli şərtlərlə əldə edilir.
Bankın bu təkliflərindən faydalanmaq üçün hüquqi şəxslər və fərdi sahibkaların Azər Türk Bankın internet səhifəsinə daxil olub, hesab açması kifayətdir.
Akkreditiv və qarantiyalar üçün onlayn sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.