20 C
Baku
Tuesday, October 1, 2024

“Azər Türk Bank” ASC-nin Gəncə filialı da yeni ofisdə fəaliyyətə başladı

“Azər Türk Bank” ASC-nin Gəncə filialının yeni ofisinin açılışı olub. Bankın müasir inkişaf konsepsiyasına uyğun qurularaq modern bankçılıq texnologiyaları ilə təchiz edilmiş ofisdə müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılıb.

Gəncə şəhəri, M.A.Abbaszadə küç.35 ünvanında yerləşən Gəncə filialı həftəiçi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada fərdi və korporativ müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, valyuta mübadiləsi, ödəniş kartları, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri göstərilir.

facebook app

Son xəbərlər
Digər xəbərlər