“Azər-Türk Bank” ASC-nin səhmdarlarının nəzərinə

®“Banklar haqqında” Azərbaycan Res­publikası Qanununun 24.5-ci maddəsinə əsasən, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 25 avqust 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Bankın səhmdarları­nın növbədənkənar ümumi yığıncağının (bundan sonra – ümumi yığıncaq) tarixi dəyişmişdir.

Ümumi yığıncaq 28 sentyabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə dəyişiklik edilməmişdir.

Azərbaycan Respublikası Mülki Mə­cəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bən­dini nəzərə alaraq qeyd edirik ki, ümu­mi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imza­nız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təq­dim etmək şərtilə bildirişə əlavə olu­nan səsvermə bülleteni formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında, Bankın inzibati binasına 2026-cı il sentyabrın 28-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həya­ta keçiriləcəkdir.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər