®Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq, onlar üçün sərfəli “atb friday” kampaniyasının müddətini uzatdı. Kampaniya çərçivəsində fiziki şəxslərə illik faiz dərəcəsi 11,5%-dən başlayan istehlak kreditləri təklif edilir.
Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.
Qeyd edək ki, 24 ayadək rəsmiləşdirilən kreditlər üzrə komissiya – 0%.
Hər bir şəxs, orta aylıq gəlirindən asılı olaraq, 30 000 manatadək zaminsiz kredit əldə edə bilər.
Kampaniya 2024-cü ilin 10 yanvar tarixi daxil olmaqla həmin tarixədək davam edəcəkdir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.