“Azər-Türk Bank” ASC-nin “AzeriCard” prosessinq mərkəzinə keçidi başa çatdırılıb. Yeni prosessinq mərkəzinə keçid plana uyğun olaraq bir ay müddətində reallaşdırılıb. Artıq dekabr ayının 8-dən Bankın bütün ödəmə kartları və terminal şəbəkəsi “AzeriCard” prosesinq mərkəzi tərəfindən dəstəklənir. İndi Azər-Türk Bankın müştəriləri “MasterCard International” Beynəlxalq Ödəniş Sisteminin ödəmə kartları vasitəsilə Bankın “Card to Card Transfer”, “Сash In”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank”, müxtəlif onlayn ödəmə xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə edə bilərlər. Həmçinin Bankın kart sahibləri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından, əlavə komisyon ödəmədən, Azər-Türk Bankın öz bankomatlarında tətbiq olunan tariflərlə istifadə imkanına malikdirlər.