®Dövlət bankı Azər Türk Bankın 01 iyul 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artaraq, 850 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 406.8 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 42% çoxdur.
2023-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəlməklə 43.5 milyon manat, xərcləri 36.4 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 7 milyon manatdan çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 34% artaraq, 71.5 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 43% artımla 772.6 milyon manat səviyyəsindədir.
Bankın depozit portfeli 73% böyüyərək, 383 milyon manat təşkil etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1.6%, kapitalın gəlirlilik əmsalı (ROE) 20.7% təşkil etmişdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.