-1 C
Baku
Sunday, December 15, 2024

“Azər Türk Bank” daha da böyüyüb, gəlirləri və mənfəəti kəskin artıb

“Azər Türk Bank” 2022-ci ili 11 milyon 20 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 546 min manat təşkil edib ki, bu da illik müqayisədə 20 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2022-ci ildə “Azər Türk Bank”ın gəlirləri 69 milyon 204 min manat (əvvəlki ilə nisbətən 1.9 dəfə çox), xərcləri isə 50 milyon 588 min manat təşkil edib.

BANK 2 DƏFƏDƏN ÇOX BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin yanvarın 1-nə bankın aktivləri 965 milyon 157 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.4 dəfə artım deməkdir. Bunun 321 milyon 723 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 38% böyüyüb.

DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB

Hesabat dövründə bankın cəmi öhdəlikləri 2.6 dəfə artaraq 895 milyon 983 min manat, cəmi kapitalı isə 21.4% artaraq 69 milyon 174 min manat, o cümlədən depozit portfeli 86% artaraq 385 milyon 8 min manat təşkil edib.

ff f2ff2ff3

Son xəbərlər
Digər xəbərlər