Azər Türk Bank müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni kampaniyaya start vermişdir.
Belə ki, Novruz bayramı münasibətilə, 01.03.2016-01.04.2016-cı il tarixləri arasında ödəniş kartı əldə etmək üçün Banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim ediləcəkdir.
Əlavə olaraq, Bank tərəfindən 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə, 01.03.2016-11.03.2016-cı il tarixləri arasında Banka müraciət edən xanımlar və evli cütlüklər üçün də xüsusi təklif hazırlanmışdır. Belə ki, həmin tarixlərdə ödəniş kartları üçün müraciət edən xanımlara xidməthaqqının 50%-i dəyərində endirim ediləcəkdir. Evli cütlüklərə isə hər ikisi ödəniş kartı sifariş etdikdə, ödənişi daha yüksək olan kart 50% endirimlə, digəri isə ödənişsiz təqdim olunacaqdır.
Nəzərinizə çatdırırıq ki, kampaniya etibarlılıq müddəti 1 il olan kartlara şamil edilir.
Həmçinin, Azər Türk Bankın əməkhaqqı kart sahiblərinə təklif olunan “Korporativ” kredit məhsulu nağdlaşdırılan zaman 1% birdəfəlik xidmət haqqı komissiyası tətbiq olunacaqdır.
Bu kampaniya, eləcə də Bankın digər məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, 945 nömrəli Müştəri Xidmətindən və Azər Türk Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə edə bilərsiniz.