2 C
Baku
Saturday, December 14, 2024

Azər Türk Bank hərbi qulluqçulara güzəştli kreditlər təklif edir

Azər Türk Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə hərbiçilərimiz üçün 25 iyun tarixindən etibarən xüsusi kampaniyaya başlayır.

Bank kampaniya çərçivəsində  ölkənin güc strukturlarında xidmət edən şəxslərə güzəştli şərtlərlə nağd istehlak kredləri təklif edir.

Belə ki, hərbi qulluqçular Azər Türk Bankdan zaminsiz 5.000 AZN-dək, zaminlə 20.000 AZN-dək, 3 aydan 36 ay müddətinə kredit əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi 18%-dən 22%-dəkdir.

Kampaniyanın müddəti 7 iyul tarixində bitir.

Kampaniyadan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti və Prokurorluq orqanlarının əməkdaşları faydalana bilərlər.

Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər