01.07.2023-cü il tarixinə “Azər-Türk Bank”ın işçi sayı 549 nəfər olub.
Banker.az bu barədə bankın yarım illik hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar ayının 1-nə bankda 513 nəfər işçi çalışıb ki, bu da 7 ayda 36 nəfərin artması deməkdir.
2022-ci ilin eyni dövründə isə “Azər Türk Bank”da 454 nəfər işçi olub. (artım 95 nəfər)
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Prezident İlham Əliyevin Bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı AİH-in idarəetməsinə verilib.