01.01.2023-cü il tarixinə “Azər-Türk Bank”ın işçi sayı 513 nəfər olub.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
Ötən ilin oktyabr ayının 1-nə bankda 494 nəfər işçi, iyul ayının 1-nə isə 454 nəfər işçi çalışıb.
2022-ci ilin eyni dövründə isə “Azər Türk Bank”da 408 nəfər işçi olub. (artım 105 nəfər)
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Prezident İlham Əliyevin Bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı AİH-in idarəetməsinə verilib.