®Dövlət bankı Azər Türk Bank müştərilərin marağını nəzərə alaraq, istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini uzatdı.
Kampaniya zamanı, Azər Türk Bankın müştərilərinə təklif etdiyi, 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14% səviyyəsində olacaqdır. Komissiya haqqı – 0%.
13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır.
Bu kampaniyada atb card sahibləri üçün xüsusi şərtlər mövcuddur.
Belə ki, minimum 300 AZN və ya bu məbləğin xarici valyuta ekvivalentində alış-veriş əməliyyatları aparmış debet atb card sahibləri üçün 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13,5%-dən başlayır. Müddətindən asılı olmayaraq, verilən bu kreditlərə görə heç bir komissiya nəzərdə tutulmamışdır.
Qeyd edək ki, Bank müştərinin aylıq gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Kampaniya 28 fevral 2022-ci il tarixinədək davam edəcəkdir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.