Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətinin, 14 dekabr da daxil olmaqla, həmin tarixədək uzadılması barədə qərar vermişdir.
Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14%-dir.
13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır.
Qeyd edək ki, 3 aydan 12 ayadək və 13 aydan 24 ay müddətinədək verilən kreditlərə görə komissiya nəzərdə tutulmamışdır.
Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.