12 C
Baku
Saturday, November 23, 2024

Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

®Dövlət bankı Azər Türk Bank, müştərilərin istəyini nəzərə alaraq, istehlak kreditləri üzrə başlatdığı kampaniyanın müddətini uzatmaq barədə qərar verib.

Kampaniya ərzində fiziki şəxslər illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər əldə edə biləcəklər.

Eləcə də müştərilərə illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kreditlər təklif edilir. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.

36 və 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% təşkil edir.

Qeyd edək ki, hər bir fiziki şəxs Bankdan zaminlə 40 000 manat məbləğinədək kredit götürə bilər.

Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

Kampaniya 2024-cü il 30 aprel daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər